İlk dəfə olaraq Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən Azərbaycanda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların 1-ci Avrasiya Forumu keçirilmişdir və APFM Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi bu ənənəni davam etdirərək növbəti illərdə də respublika əhəmiyyətli belə bir möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.
Forumun təşkilində əsas məqsəd qloballaşan dünya iqtisadiyyatının dinamik inkişaf etdirilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın və hesabatlılığın artırılması sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir
Forumda əsas mövzu ətrafında Azərbaycan dövlət qurumlarının rəsmi nümayəndələrinin və xarici natiqlərin çıxışları dinlənilir, Beynəlxalq Maliyyə Hesabatları Standartlarının və Beynəlxalq Audit Standartlarının tətbiqi və inkişafı üzrə məsələlər geniş müzakirə olunur, dəyirmi stol arxasında müzakirələr, formal və qeyri formal görüşlər keçirilir.
Bu forum artıq Avrasiyanın mühasibləri və auditorları üçün mühüm və əhəmiyyətli bir hadisəyə çevrilmişdir. Forumda iştirak edən ölkələrin sayının artması da elə bunu sübut edir.
Respublikanın ictimai əhəmiyyətli qurumlarının, nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının dəstəyi sayəsində bu möhtəşəm hadisə respublikamızda daha geniş vüsət alaraq, daha səmərəli, effektiv və beynəlxalq əhəmiyyətli bir tədbirə çevrilir.
İştirakçı ölkələr arasında Azərbaycan, Türkiyə, Böyük Britaniya, Amerika ,Kanada, Rusiya Federasiyası, Belçika, Rumıniya, Çex Respublikası, Slovakiya, Polşa, Fransa, Latviya, Litva, Makedoniya, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan, a və s.ölkələri qeyd etmək olar.