Tərəfdaşlar
EFAA
Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası Avropanın Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) üzvüdü.
Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası da 2016-cı il mart ayından etibarən EFAA –ya , bu nüfuzlu təşkilata üzvlüyə qəbul olunmuşdur.
EFAA 1994-cü ildə yaradılaraq Avropa İttifaqı, bütövlükdə Avropada kiçik və orta ölçülü müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditorlar təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 320 mindən çox mühasib və auditorun təmsil olunduğu 17 üzvü var. Hazırki prezidenti Bodo Richarddır.
Bu gün Assosiasiyanın beynəlxalq əlaqələri və əhatə dairəsi genişlənməkdədir. Bu isə respublikamızda təcrübəli mütəxəssislərin artmasına, dünya miqyasında tanınmasına, gənc kadrların beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan işlərin uğurla davam etdirilməsinə böyük bir töhfədi.

ƏLAQƏ
Telefon: +32 (0)2 736 88 86
E-mail : info@efaa.com;
Web sayt: http://www.efaa.com
Ünvan: Rue Jacques de Lalaing,4B-1040 Brussels Belgium


BÖYÜK BRİTANİYANIN AÇIQ UNİVERSİTETİ

Böyük Britaniyanın Açıq Universiteti
Açıq Universitet 30 il ərzində distans tədris sistemində dünyavi lider yerini tutmuşdur və nəinki Böyük Britaniyada həm də ABŞ-dan tutmuş Sinqapuradək geniş məkanda ali təhsil və diplomdan sonrakı təhsildə aparıcı rol oynayır. Hazırda 400 tədris mərkəzində 150 min tələbə Açıq Universitetin proqramları üzrə təhsil alır.
Açıq Universitetin Beynəlxalq Menecment İnstitutu-LİNK-lə tərəfdaşlığı Rusiya Federasiyasının Təhsil Nazirliyi və Açıq Universitetlə bağlanmış Əməkdaşlıq haqqında Memoranduma əsaslanır.

Açıq Universitetin Biznes Məktəbi
Biznes Məktəbi - Açıq Universitetin 17 fakultəsindən biri kimi administrativ işçilərə, rəhbər və menecerlərə keyfiyyətli tədris imkanı vermək üçün 1983-cü ildə yaradılmışdır. Hal-hazırda Açıq Universitetin Biznes Məktəbi - dünyada müstəsna avtoriteti olan avropa biznes məktəbidir
1991-ci ildən başlayaraq, Açıq Universitetin Biznes Məktəbi Beynəlxalq Menecment İnstitutu-LİNK-lə birgə Rusiya və MDB ölkələrində menecerlərə və biznesmenlərə öz xidmətlərini təqdim edir.


BEYNƏLXALQ MENECMENT İNSTİTUTU-LİNK

BEYNƏLXALQ MENECMENT İNSTİTUTU-LİNK
İnfosystem-Link LİNK- Beynəlxalq Tədris Şəbəkəsinin 90 regional mərkəzlərindən biridir.
LİNK şəbəkəsinin funksiyası Böyük Britaniyanın Açıq Universitetinin Biznes Məktəbinin proqramlarının vahid tədris texnologiyalarına və standartlarına əsaslanır. Şəbəkənin koordinasiyası Beynəlxalq Menecment İnstitutu-LİNK tərəfindən həyata keçirilir. Beynəlxalq Menecment İnstitutu-LİNK Böyük Britaniyanın Açıq Universitetinin Rusiyada və MDB ölkələrində ekslyuziv partnyorudur. Hazırda LİNK-Rusiyada ən iri Biznes məktəblərindən biri kimi təkcə Açıq Universitetin proqramları üzrə 9 000 menecer hazırlayır. LİNK - Rusiya Biznes Təhsili Assosiasiyasının, Avropa Distans Təhsili Assosiasiyasının, Sahibkarlar və Sənayeçilər İttifaqının, Rusiya Marketinq Assosiasiyasının üzvüdür. Açıq Universitetinin Biznes Məktəbi AMBA, EFMD, AACSB kimi beynəlxalq akkreditasiyalara malikdir


IAB

IAB 1973 ildə yaradılıb və bir çox ölkələrin mühasiblər peşəsinin nümayəndələrini təmsil edən və maraqlarını müdafiə edən aparıcı peşəkar təşkilatdır. Assosiasiya maliyyə mütəxəssisləri, kiçik biznes sahibkarları üçün yüksək keyfiyyətli maliyyə və biznes kvalifikasiyaları üzrə ixtisaslaşmışdır. IAB Diplom və Sertifikatları dünyanın 90 ölkəsində nüfuzlu sənəd kimi tanınır. O professional mühasiblər üçün aparıcı beynəlxalq təşkilat olaraq qalmaqdadır, minlərlə tələbə və üzvləri bütün dünyaya yayılmışdır. İAB kvalifikasiyalarının keyfiyyəti və toxunulmazlığı QCA (Kvalifikasiyaların və tədris planının təsdiqi üzrə səlahiyyətli orqan) və OFQUAL (İngiltərənin Kvalifikasiya və İmtahanlar üzrə Tənzimləyici orqan) tərəfindən təsdiq olunmuş "Tanınma" statusuna malikdir və İngiltərə QCA, Uels və Şimali İrlandiya icraedici orqanlarının akkreditasiyasına malikdir. İAB kvalifikasiyaları Böyük Britaniyada dövlət maliyyələşmələrinə münasib sayılır.
İAB kvalifikasiyalarından bir qismi ICAEW, ACCA, CIMA and CIPFA kimi professional qurumların bəzi imtahanlarından azad edir. İAB üzvlərinə geniş və dəyərli xidmət göstərir, peşəkarların və ekspertlərin tələbatını ödəyən tədris proqramları təqdim edir.
Müvəffəqiyyətlə verilmiş imtahanların nəticələrinə görə dinləyicilərə Böyük Britaniyadan göndərilmiş IAB Diplomu təqdim olunur.


IFA

IFA - Maliyyə Analitiklərii İnstitutu Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) həqiqi üzvüdür və IFAC standartlarına uyğun olaraq nüfuzlu beynəlxalq ixtisasların verilməsi ilə maliyyə idarəetməsi və BMHS (DipİFR) üzrə mütəxəssislərin öyrədilməsi və sertifikatlaşdırılmasını həyata keçirir.
Tədris maliyyə sahəsində, idarəetmə qərarlarının verilməsini , layihənin tam maliyyə cəhətcə dəyərləndirilməsini tələb edən fəaliyyət sahəsi üzrə geniş mütəxəssis dairəsi üçün nəzərdə tutulmuşdur və əldə olunmuş sistemli biliklərdən beynəlxalq uçot, BMHS, büdcələşdirmə, maliyyə təhlili və onun effektiv idarə olunması, habelə sərmayə və innovasiya layihələrinin idarə edilməsində istifadə oluna bilər.
IFA proqramları Böyük Britaniya höküməti tərəfindən OFQUAL (Office of Qualifications and Examinations Regulation) lisenziyalaşmışdır, məzunları dünyanın 80-dan çox ölkəsində 10 000-dən artıq mütəxəssisi əhatə edir.


ICFM

Institute of Certified Financial Managers (ICFM) dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi - Zati Aliləri Prins Maykl Kent - İCFM-in patronu elan edilmişdir. İCFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir.
İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.
İCFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. İCFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir.
İCFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır. Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır. İCFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir.
Azərbaycanda İCFM-in "Professional Maliyyə Meneceri" proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 3 modulu əhatə edir.


ICM

Böyük Britaniyanın Kommersiya İnstitutu 1979-cu ildə yaradılmışdır - 120 ölkənin tələbə və dinləyicilərini cəmləşdirən beynəlxalq sertifikasiya mərkəzidir.
ICM-in kvalifikasiyaları bir çox ölkələrin təhsil nazirlikləri və dövlət qurumları tərəfindən tanınır, Sertifikat və Diplomlar beynəlxalq statusa malikdir. ICM - Böyük Britaniyanın akkreditasiya almış peşəkar təşkilatı kimi təhsil haqqında rəsmi sənəd vermək hüququna malikdir.
ICM Ofqual akkreditasiyasına malikdir (İngiltərənin Kvalifikasiya və İmtahanlar üzrə Tənzimləyici orqan)
ICM kvalifikasiyaları Böyük Britaniyanın Milli kvalifikasiyalar çərçivəsinə daxil olmuşdur(The National Qualifications Framework)


ACCA

ACCA- 1904-cü ildə təsis edilmişdir. Hal-hazırda ACCA 170 ölkədə 360 min tələbəni, 131 min üzvü əhatə edir.
ACCA professional kvalifikasiyaları bütün dünyada tanınır, maliyyə və mühasibat sahəsində karyeranın inkişafı üçün geniş imkanlar açır.
Həmçinin ACCA diplomlarının sahibləri gəlirlərinin artmasına nail olur.
ACCA məzunlarının böyük şirkətlərdə rəhbər vəzifələrə təyin olunmaq şansı daha çoxdur.


RUSİYANIN AUDİTOR PALATASININ TƏDRİS MƏRKƏZİ

Rusiyanın Auditor Palatasının məsləhət və tədris-metodiki mərkəzi - öz vaxtlarının və pullarının dəyərini bilən peşəkarlar üçün keyfiyyətli təhsil deməkdir.
RAP MTMM seminarların və təlimlərin təşkilatçısı kimi qüsursuz ad-sana və böyük təcrübəyə malikdir.
RAP MTMM - "Daxili audit və nəzarət" istiqaməti üzrə təhsil proqramlarının lideridir.
RAP MTMM - ATC İnternational və İCFM kimi beynəlxalq institutların akkreditə olunmuş tədris mərkəzidir, keyfiyyətli tədris və BMHS üzrə DipİFR (Rus) və İCFM diplomları kimi beynəlxalq statuslu diplom almaq imkanı verir.
RAP MTMM - Sertifikatlaşmış Maliyyə Menecerləri İnstututunu (Böyük Britaniya) təmsil edən aparıcı mərkəzdir.
RAP MTMM - RF bütün regionlarına CQA peyk rabitəsi kanalları ilə ötürülən ümumrusiya telekonfransları və teleseminarlarını təşkil edir.
RAP MTMM - tədris tədbirlərinin keçirilməsinə yalnız iqtisadiyyatın müxtəlif sahələrinin təcrübəli mütəxəssis-praktikləri, eləcə də RF Nazirliklərinin və idarələrinin rəhbərlərini cəlb edir, daima seminarları və təlimləri təkmilləşdirir, yeni proqramlar işləyib hazırlayır.
 
 
ACAP RM (www.acap.md) -Moldova Respublikasının Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası
 
Mühasibat və audit sahəsində ixtisaslı mütəxəssislərin fəaliyyətini əlaqələndirmək, Moldova Respublikasında mühasibat peşəsinin idarə olunmasına kömək etmək məqsədi ilə ictimai maraq doğuran qeyri-kommersiya, avtonom, qeyri-hökumət təşkilatıdır. ACAP - IFAC, SEEPAD , ECCAA , FIDEF kimi beynəlxalq təşkilatların üzvüdür