Müşahidə şurası
Ziyad Səmədzadə - APFM Məsləhət Şurasının üzvü, akademik
Milli Məclisin İqtisadi Siyasət , Sənaye və Sahibkarlıq Komitəsinin sədri, Beynəlxalq İqtisadçılar İttifaqının Vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Mən APFM-in fəaliyyətini məqsədəuyğun hesab edirəm və dəstəkləyirəm. APFM audit, mühasibat, menecmentin tədrisi üzrə maliyyə assosiasiyaları ilə əməkdaşlıq edir. Bu sahələr müasir dövrdə iqtisadiyyatın çox aktual sahələridir. Nəzərə alsaq ki, ölkəmiz dünyaya inteqrasiya edir, əlbəttə bu təqdirdə biz müasir tələblərə cavab verən kadr potensialının yetişməsini ön plana çəkməliyik. Bu baxımdan bank sektoru, sığorta sahəsində də əməkdaşlıq məqsədəuyğun olardı.
Mən sizin kollektivinizə bir daha öz səmimi təbriklərimi çatdırıram. Arzu edərdim ki, jurnalınızda daha qlobal məsələlər, dünya iqtisadiyyatında baş verən hadisələr, dəyişikliklər, inkişaf meyilləri və onu yaradan səbəblər və s. bu kimi məsələlər ətrafında fikir mübadiləsi, müsahibələr işıqlandırılsın. Milli iqtisadiyyatımızın perspektiv imkanları və ümumiyyətlə, milli marağı özündə əks etdirən məqalələr öz əksini tapsın.
Sizinlə əməkdaşlıq etmək, fikir mübadiləsi aparmaqdan məmnunam. İnanıram ki, Finansist geniş oxucu kütləsinin rəğbətini qazanacaq və uzun ömürlü olacaq. Bu şərəfli yolda Sizə uğurlar arzu edirəm.

Sahir Məmmədxanov - APFM Məsləhət Şurasının üzvü
Vergilər Nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Hesab edirəm ki, Professional Maliyyə Menecerləri Assosiasiyası bu günün iqtisadi tələblərinə uyğun olaraq çox zəruri fəaliyyətlə məşğuldur. Çünki mühasibat, audit və menecmentin tədrisi iqtisadiyyatın idarə olunmasında müasir bazar münasibətlərinə üstünlük verən hər bir ölkə üçün böyük əhəmiyyətə malikdir. Bu baxımdan qeyd olunan sahədə beynəlxalq maliyyə assosiasiyaları ilə əməkdaşlığı, təcrübə mübadiləsini və müasir tələblərə cavab verən peşəkar kadr potensialının formalaşdırılmasını yalnız yüksək qiymətləndirmək mümkündür
Yüksək peşəkarlıqla ərsəyə gətirdiyiniz Finansist jurnalı qısa bir zamanda ölkənin iqtisadiyyatla yaxından maraqlanan mütəxəssislərinin diqqətini çəkmişdir. Burada makro və mikroiqtisadiyyat, monetar siyasət, maliyyə-bank sektoru, inkişaf iqtisadiyyatı, sosial sfera kimi sahələrdəki aktual məsələlərin tədqiqinin nəticələri və ən müasir metodoloji biliklər dərc olunur. Xüsusilə əhəmiyyətlidir ki, bu jurnal vətəndaşların iqtisadi biliklərinin artmasında mühüm rol oynayır.
Müstəqil Azərbaycanımızın inkişafı naminə məqsədyönlü işlərinizdə müvəfəqiyyətlər arzulayıram.

Vahid Novruzov - APFM Məsləhət Şurasının üzvü
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri

Mən böyük məmnuniyyətlə bütün Azərbaycan Auditorları adından Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının 10 illik yubleyini təbrik edirəm.
Ötən müddət ərzində həqiqətən Assosiasiyası çox böyük işlər görmüşdür. Mən bu işlər sırasında ilk növbədə ölkəmizdə həyata keçirilən BMHS keçidlə əlaqədar idarəetmə, maliyyə uçotu, daxili audit və digər vacib ixtisaslar üzrə Assosiasiyanın kadr hazırlığını xüsusi olaraq vurğulamaq istərdim. "Finansit” jurnalı ölkəmizdə maliyyə, iqtisadi mözvuda dərc olunan jurnallar sırasında çox önəmli mövqe qazanmışdır.
APFM Büyük Britaniyanın Sertifikatlaşmış Maliyyə Menecerləri İnistututunun Azərbaycan təmsilçisidir və bu beynəlxalq əməkdaşlıq imkan vermişdir ki, qısa müddət ərzində o beynəlxalq aləmdə də öz sözünü desin və buna parlaq misal olaraq 5-ci dəfə, Mühasiblərinin və Audtorlarının 5-ci yubley formunun məhz APFM təşkilatçılığı ilə baş tutmasıdır.
Bizim üçün çox önəmlidir ki, Azərbaycan Auditorlar Palatası ilə APFM əməkdaşlıq haqqında saziş imzalanmışdır və biz bir çox tədbirləri birgə keçiririk və həmişə də Assosiasiyanın yüksək səviyyədə təşkilatçılığının şahidi oluruq.

Süleyman Qasımov - Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının Məsləhət Şurasının sədri,
SOCAR-ın iqtisadi məsələlər üzrə Vitse-prezidenti, iqtisadi elmlər doktoru, professor

APFM kimi professional qurumların respublikamızda fəaliyyəti sertifikatlaşmış yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında və daima təkmilləşdirilməsində, eləcə də müasir elmi-texniki və innovasion məsələlərin həllində mühüm rol oynayır, maliyyə mütəxəssislərinin beynəlxalq standartlara uyğun keyfiyyətli maliyyə uçotunun aparılması üçün lazımi bilik və bacarıqlar ilə təmin edir.
Mən APFM-in beynəlxalq konfransların peşəkar təşkilatçısı kimi fəaliyyətini xüsusi qeyd edərdim. Belə mühüm tədbirlər Azərbaycanın geniş nümayəndə heyəti ilə təmsil olunması, iştirakçıların digər ölkələrin nümayəndələri ilə görüşləri, təcrübə mübadiləsi və nəhayət beynəlxalq aləmdə iqtisadiyyat , maliyyə, mühasibat uçotu və auditi sahəsində baş verən yeniliklərlə tanışlıq baxımından yüksək qiymətləndirilməlidir.
Dövrün nəbzini tutmaq, iqtisadi sahədə baş verən hadisələrdən xəbər tutmaq vacibdir,
amma bu hadisələrlə bağlı vaxtında və düzgün şərhlərin əldə olunması daha vacibdir. Əminəm ki, əksər rəhbər işçilər oxuduqları jurnalın dolğun və etibarlı məlumatları dərc etməsini daha çox qiymətləndirirlər."Finansist” jurnalının respublikamızda mütərəqqi, etibar olunan, aparıcı bir biznes nəşri kimi mövqeyini möhkəmləndirməyi arzu edirəm.
Professional Maliyyə Menecerləri Assosiasiyasına maliyyə sahəsində peşəkarların hazırlanması istiqamətində gələcək fəaliyyətində inkişaf və tərəqqi arzu edirəm.

İlqar Vəliyev - APFM Məsləhət Şurasının üzvü
"Ernst & Yanq Holdinqs (SiAyEs) Bi. Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının partnyoru,
Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Prezidenti

Mən APFM-ın təsisçilərinə assosiasiyanı yaratdıqları üçün öz minnətdarlığımı bildirmək istərdim. Bu prosesdə iştirak etdiyim üçün qürur duyuram. Assosiasiyanın Müşahidə Şurasının üzvi kimi onu bildirmək istərdim ki, qurumun yarandığı ilk gündən onun fəaliyyəti barəsində çox böyük müzakirələr aparılıb və hal-hazırda bu assosiasiyanın əldə etdiyi nailiyyətləri görmək mənim üçün sevindirici haldır. Xüsusən, bu qurumun təsis etdiyi "Finansist" jurnalı barədə fikir bildirmək istərdim. Əminəm ki, jurnal böyük oxucu auditoriyası əldə edəcək və mütəxəssislər üçün bir tədris vəsaiti rolunu oynayacaq. Jurnal peşəkar səviyyədə tərtib olunub və mövzu baxımından çoxşaxəlidir.
İmtiyazlara gəldikdə isə onu deməliyəm ki, mənim şəxsi fikrimcə, APFM – kommersiya təşkilatı deyil. O, peşəkar maliyyə menecerləri üçün yaradılmışdır və bu assosiasiyaya üzv olmaq özü bir imtiyazdır, şəxsən mənim üçün ən böyük imtiyaz - peşəkarlar arasında ortaq fikrin yaranması, ünsiyyət imkanları və təcrübə mübadiləsidir.