Haqqımızda
Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM )

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı bu gün Respublikamıza artan marağın əsasını təşkil edir. Artan inkişaf tempində yeni birlik və təşkilatların yaranması zamanın tələbidir. Bu tələbdən yaranan Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) 2005-ci ildə təsis olundu.Yarandığı gündən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum kimi fəaliyyətini uğurla davam etdirir.
APFM 2016-cı il mart ayından etibarən Avropanın 320 000 mühasib və auditorunu cəmləşdirən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvüdür.
APFM Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi geniş fəaliyyət göstərir. Bu forum artıq Avrasiyanın mühasibləri və auditorları üçün mühüm və əhəmiyyətli bir hadisəyə çevrilmişdir. Forumda iştirak edən ölkələrin sayının artması da elə bunu sübut edir.Respublikanın ictimai əhəmiyyətli qurumlarının, nazirliklərinin, dövlət və kommersiya təşkilatlarının dəstəyi sayəsində bu möhtəşəm hadisə respublikamızda daha geniş vüsət alaraq, daha səmərəli, effektiv və beynəlxalq əhəmiyyətli bir tədbirə çevrilir.
2013-cü ildən başlayaraq Assosiasiya təsis etdiyi “FİNANSİST” jurnalının nəşrinə başlamışdır.“Finansist”iqtisadiyyat,muhasibat uçotu və audit,maliyyə menecmenti sahəsinin mutəxəssisləri üçün nəzərdə tutulmuş, muasir dövrdə iqtisadi və maliyyə həyatının mühüm hadisələrindən, uğurlu şirkətlərdən, görkəmli şəxsiyyətlərdən və nüfuzlu simalardan bəhs edən tematik və ixtisaslaşdırılmış aylıq nəşrdir.
Qazanılan nailiyyətlər sırasında Assosiasiyanın rəsmi tədris mərkəzini xüsusi olaraq qeyd etməliyik.Assosasiyanın rəsmi tədris mərkəzi – LINK- Infosystem -beynəlxalq peşəkar təşkilatların Azərbaycanda akkreditasiya olunmuş regional mərkəzi kimi biznes-tədrisi istiqamətində müvəffəqiyyətlə fəaliyyət göstərir. LINK-in əsas fəalyyət istiqamətlərinə beynəlxalq statusa malik olan uzunmüddətli biznes təhsili və qısamüddətli treninqlər ( kadr razırlığı, ixtisas- artırma kursları, beynəlxalq maliyyə və mühasibat uçotu üzrə tədris, beynəlxalq və milli mühasibat uçotunun tətbiqi və məsləhətçi xidmətləri) daxildir.
Assosiasiya seminar və treninqlərin yüksək səviyyədə aparılması üçün beynəlxalq standartlara cavab verən texniki avadanlıqlarla təchiz edilmiş auditoriyalara malikdir. Bəzi tədris proqramlarında məşğələlərin daha sərbəst atmosferdə keçirilməsi məqsədilə mərkəzdən kənarda, Bakı ətrafı ərazilərdə və regionlarda Səyyar Məktəblər də təşkil olunur. Mərkəzdə təhsil təkcə Avropa səviyyəli yüksək biznes-tədrisindən ibarət deyil. Bu, həmçinin biznes idarəçiliyinin aparıcı ideyalarını bölüşən iş adamları cəmiyyətində unikal ünsiyyət vasitəsidir və menecerlər arasında tədris mərkəzin biznes proqramlarının ayrılmaz xüsusiyyətidir. Tədrisin aktiv forması tələbələr arasında əməkdaşlıq və qarşılıqlı münasibətlərin formalaşmasına gətirib çıxarır- hamı prosesin iştirakçıları kimi çıxış edir. Rəhbərlik təcrübəsinə malik olan hər kəs həm özünün həm də tədris qrupunun yeni biliklərinin və idarəetmə bacarıqlarının formalaşmasına öz töhfəsini verir .Assosiasiyanın üzvləri yüksək ixtisaslı mütəxəssislərdir. Onlar idarətmə sahəsində çalışır, yeni istedadlı menecerlər nəslini artırır, xüsusi biznes mədəniyyəti, peşəkar biznes dili formalaşdırır, onların yaratdığı xoş mühit professional ünsiyyət dairəsini genişləndirir və biznesin inkişafına təkan verir.
On illik fəaliyyəti dövründə APFM özünü təsdiq edə bildi.Yeni istiqamətdə,yeni layihələrdə,yeni axtarışlarda gərəkli,dəyərli, praktik və lazımlı olduğunu göstərdi.Beynəlxalq səviyyədə qazandığı yüksək mükafatlar bunu bir daha sübut edir. APFM –in Respublika iqtisadiyyatının uğurlu inkişafı üçün bundan sonra da yüksək tələblərə cavab verəcək fəaliyyətinə əminliklə inanırıq. Bu inamla aydın sabahlara addımlayırıq.